RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.09.2018]

AMEA Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq edəcək

Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası keçirilib.

AEBA-ya üzv olan 168 ölkənin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə AR Fövqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Milli Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları, o cümlədən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və bu müəssisənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov iştirak ediblər.

O.Səmədov və İ.Qabulov konfrans çərçivəsində keçirilən elmi forumda iştirak ediblər. Forumun əsas məqsədi nüvə texnologiyalarından istifadə etməklə CO2 qazlarının ətraf mühitə buraxılmasının qarşısını almağın yollarını müzakirə etmək və içməli su resurslarının idarə edilməsi olub. Müzakirələr zamanı bu sahələrdə nüvə texnologiyalarının tətbiq edilməsinin genişləndirilməsi təklif edilib.

Radiasiya Problemləri İnstitutunun əməkdaşları, həmçinin AEBA-nın Nüvə Təhlükəsizliyi Departamentində işgüzar görüş keçiriblər. Görüş zamanı iki qurum arasında təlim-tədris sahələrində əməkdaşlığın yaradılmasına dair ilkin razılıq əldə olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.