RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.10.2018]

Akademik M.K.Kərimovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək

AMEA RPİ

13-14 noyabr 2018-ci il tarixində AMEA Radiasiya Problemləri İnstitutunda Akademik M.K.Kərimovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Radiasiya prosesləri və onlarin tətbiqi” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

Konfransın mövzusu radiasiya materialşünaslığı (maye və qaz mühitlər də daxil olmaqla); radiasiya təhlükəsizliyi; radioekologiya və ekoloji təmiz energetika.; radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi məsələlərini əhatə edir, bu mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Konfransa təqdim olunmuş və təşkilat komitəsi tərəfindən seçilmiş məqalələr “Journal of Radiation Researches”, ISSN 2312-3001 jurnalının növbəti nömrəsində çap ediləcəkdir.

Qeydiyyat forması və məqalələrin son qəbul tarixi: 05 noyabr 2018. 

Qeydiyyat forması




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.