RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.10.2018]

Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

25.09.2018 - 29.09.2018-ci il tarixində Obninsk şəhərində Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin, Ümumrusiya Radiologiya və aqroekologiya elmi tədqiqat institutunun, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Q.İ.Budker adına Nüvə Fizikası İnstitutunun və Rusiya Elmlər Akademiyasının A.M.Proxorov adına Ümumi Fizika İnstitutunun təşkilatçılığı ilə “Радиационные технологии в сельском хозяйстве и пищевой промышленности: состояние и перспективы” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AMEA Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elimxan Süleyman oğlu Cəfərov konfrans təşkilatçılarının dəvəti və maliyyə dəstəyi ilə adı çəkilən konfransda iştirak etmişdir. O, konfransın açılışında giriş sözü ilə təbrik nitqi söyləmiş, konfransın əsas bölmələrindən birinə («Фундаментальные исследования по изучению действия различных видов излучений на микроорганизмы, возбудителей болезней, насекомых - вредителей, растения, животных») həmsədrlik etmiş və 3 müxtəlif mövzuda (Влияние солевого стресса на содержание малондиальдегида в листьях нута (Сicer arietinum L.), семена которого перед посевом подверглись γ-облучению при разных дозах; Исследование содержания малонового диальдегида в листьях фасоли (Рhaseolus vulgaris L.) и в ее первом поколении, семена которой перед первым посевом подверглись γ-облучению при разных дозах; Исследование влияния γ-радиации в области стерилизационной дозы на рост, развитие и синтез хлорофиллов у некоторых сельскохозяйственных растений) geniş çıxış etmişdir.

E.S.Cəfərov Ümumrusiya Radiologiya və aqroekologiya elmi tədqiqat institutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor Hataliya İvanovna Sanjarova ilə, Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, Rusiya Elmlər Akademiyasının Fizika Elmləri Bılməsinin akademik katibi, Rusiya Elmlər Akademiyasının akademiki İvan Aleksandroviç Şerbakov ilə, Nobel mükafatı laureatı Sergeq Viktoroviç Fesenko ilə, “Atommed” mərkəzinin baş direktorunun müavini Aleksandr Aleksandroviç Molinlə, “Sürətli elektronlarla kənd təsərrüfatı məhsullarının işlənməsi və yeni texnologiyaların tətbiqi mərkəzinin təsisçisi və direktoru Sergey Vasilyeviç Budniklə, Özbəkistan Elmlər Akademiyasının Nəvayi bölməsinin sədri, Özbəkistan Elmlər Akademiyasının vitse prezidenti Abdurazan Umirzakoviç Mirzayevlə və s. müzakirələr aparmışdır. E.S.Cəfərovun sözlərinə görə konfransın əhəmiyyəti ondan ibarət idi ki, bu gün dünyanın hər yerində radiasiya texnologiyalarından kənd təsərrüfatında və qida sənayesində geniş istifadə edilir. Konfransda bu sahədə əldə edilmiş nailyyətlər geniş müzakirə edildi və radiasiya texnologiyalarının perspektivlərinə dair “Yol xəritəsi” müəyyən edildi. Bizim ölkəmizdə də bu sahədə ilk addımlar atılmağa başlamışdır. Sterilizasiya qurğusunun tikintisinə start verilmişdir. Çox təəssüf ki, bu cür nüfuzlu, bizim üçün də xüsusi əhəmiyyəti olan bu konfransda Respublikamızın əlaqədar təşkilatların nümayəndələri iştirak etmirdi.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.