RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.12.2018]

Elmi şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iştirakçıları Gündəlikdə duran məsələlərlə tanış edib.

Sonra AMEA-nın elmi müəssisə və təşkilatlarında iş vaxtının uçotunun aparılması, AMEA RPİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Əhmədov Fərid İbrahim oğlunun “Mikropikselli selvari fotodiodlar əsasında portativ radiasiya spektrometrlərinin işlənməsi” adlı dissertasiya mövzusunun adına ilkin müzakirənin qərarına əsasən düzəliş edilərək “Mikropikselli selvari fotodiodların fiziki xassələrinin tədqiqi və radiasiya spektrometrində tətbiqi” adlanması, çapa təqdim olunmuş məqalələrin müzakirəsi, həmçinin kadr məsələsinə baxılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.