RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.12.2018]

Azərbaycanlı alimlər AEBA-nın nazirlər konfransında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Nazim Məmmədov və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkil etdiyi “Nüvə elmləri və texnologiyaları: inkişafın müasir və yeni məsələlərinin həlli” adlı Nazirlər Konfransında iştirak etmişlər.

27 Noyabr – 1 Dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən və dünya ölkələrindən 60 nazirin iştirak etdiyi Konfransda Azərbaycan Respublikasının nümayəndə heyətinə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev rəhbərlik etmişdir.

İSözügedən Konfransda 2030-cu ilə qədər dayanıqlı inkişaf sahəsində ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsində nüvə elmləri, texnologiyaları və innovasiyaların mühüm rolu, müasir vəziyyət və perspektivdəki uğurlar geniş müzakirə olunmuşdur.

Qeyd edək ki, Konfransda Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik Adil Qəribov və həmin Mərkəzin Sterilizasiya Kompleksinin rəisi Zaur Xəlilov da iştirak etmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.