RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.02.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Şura üzvlərini Gündəlikdəki məsələlərlə tanış edib.

İclasda əvvəlcə AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması haqqında məsələyə baxılıb.

Məsələ ilə bağlı İnstitutun struktur rəhbərləri tərəfindən irəli sürülən təkliflər geniş müzakirə edildikdən sonra müvafiq istiqamətlər üzrə yekun təkliflər qəbul edilib.

Daha sonra iclasda İnstitutun əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Oktay Salamov yeni patenti haqqında çıxış edib və patent haqqında iclas iştirakçılarının suallarını cavablandırıb.

Sonra AMEA üzrə elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə keçirilməsinin müvəqqəti qaydaları haqqında məsələyə baxılıb, həmçinin böyük elmi işçi, fizika üzrə fəlsəfə doktoru Mirzəyev Mətləb Nəbi oğluna və böyük elmi işçi, fizika üzrə fəlsəfə doktoru Əliyeva Nuranə Əlislam qızına dosent elmi adı verilməsi, eləcə də “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasında böyük elmi işçi vəzifəsinə “ELM” qəzetində elan olunmuş müsabiqə iştirakçısı fizika üzrə fəlsəfə doktoru Məmmədov Müslüm Əhməd oğlu üçün gizli səsvermə keçirilib.

İclasın sonunda çapa təqdim olunmuş məqalələr müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.