RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.02.2019]

İnstitutun Həmkarlar Təşkilatının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutun (RPİ) Həmkarlar Təşkilatının növbəti iclası keçirilib.

Tədbirdə RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, ümumi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru, dosent Hökmən Mahmudov, Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova və İnstitut əməkdaşları iştirak ediblər.

İclasda İnstitutun ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov çıxış edərək AMEA Rəyasət Heyətinin iclasında təsdiqlənmiş “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkil edilməsi məqsədilə qəbul olunduğunu bildirib.

H.Mahmudov qeyd edib ki, sənədə əsasən xüsusi komissiya yaradılıb, həmçinin ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılaraq AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün hər biri 10 sot olmaqla sahələr ayrılıb. H.Mahmudov Radiasiya Problemləri İnstitutuna da 9 sahə ayrıldığını və torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilənin uzadılacağını diqqətə çatdırıb.

Daha sonra H.Mahmudov bu məsələ ilə bağlı İnstitutda komissiya yaradılmasını təklif edib. Daha sonra keçirilən səsvermədə 5 nəfərdən ibarət komissiya yaradılıb.

Sözügedən komisiya namizədlərin qeydiyyatı və sənədlərin qəbulunu həyata keçirəcək.

İclasın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.