RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.03.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iştirakçıları Gündəlikdəki məsələlərlə tanış edib.

Əvvəlcə İnstitutun I və II kurs magistrantlarının attestasiyası məsələsinə toxunan O.Səmədov tələbələrin təhsil müddətindəki nəticələrindən danışıb.

İclasda daha sonra 2018-2019-cu tədris ilində AMEA Radiasiya Problemləri İnstitutunun doktoranturaya qəbul imtahanlarında müvəffəqiyyət qazanmış iddiaçıların müsabiqəsi məsələsinə baxılıb, həmçinin çapa təqdim olunmuş məqalələr müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.