RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.04.2019]

AMEA-nın müxbir üzvü İslam Mustafayev BMT-nin Regional Seminarında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf mühit Proqramının Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi “Boyalarda qurğuşun problemi” mövzusunda Regional Seminarda iştirak edib.

Sözügedən seminarda BMT-nin Avropa İqtisadi Komisiyasının ekspertləri, ümumilikdə 12 ölkədən elmi mərkəzlərin alimləri, ekologiya, səhiyyə və hüquq sahəsində çalışan mütəxəssislər, həmçinin qeyri-hökümət təşkilatlarının nümayəndələri təmsil olunublar.

Seminar çərçivəsində müxtəlif sektorlardan olan nümayəndələrin 2 gün ərzində 20-dən çox məruzəsi dinlənilib. eyni zamanda, qurğuşunun insan orqanizminə və ətraf mühitə təsiri, boyaların tərkibində qurğuşunun miqdarını məhdudlaşdıran normativ-hüquqi aktların yaradılması və bu sahədə gələcək fəaliyyətin prioritetləri müzakirə edilib. İ.Mustafayev tədbirdə Azərbaycanda bu sahədəki mövcud vəziyyəti təsvir edən məruzə ilə çıxış edib.

Qeyd edək ki, Regional Semenarda qabaqcıl ölkələrin bu sahədə təcrübəsi səsləndirilib, eləcə də həm ölkə daxilində, həm də ölkələr arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.