RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.04.2019]

Tələbələr Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçiblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin II və III kurs tələbələri istehsalat təcrübəsi keçiblər.

Təcrübə müddətində tələbələrə radiasiya elminin əhəmiyyətindən danışılıb, həmçinin İnstitutun tarixi, elmi tədqiqat istiqamətləri və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Daha sonra tələbələr İnstitutun “Yarımkeçiricilərin Radiasiya Fizikası”, “Polimerlərin və Elektroaktiv Kompozit Materialların Radiasiya Fizikası”, “Ətraf mühitə zərərli faktorların fizika və kimyası” və İQ (İnfraqırmızı spektroskopiya) laboratoriyalarında aparılan elmi-tədqiqat işlərində iştirak edib və laboratoriyaların fəaliyyət istiqamətləri barədə, eləcə də İnstitutda mövcud olan cihaz və qurğular haqqında məlumatlar alıblar.

İstehsalat təcrübəsinin təşkilində məqsəd gənclərin elmi tədqiqatlara marağının artırılması və gələcək üçün savadlı kadrların yetişdirilməsidir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.