RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.04.2019]

BDU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda təcrübə keçirlər

BDU

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsi keçirlər.

Təcrübənin birinci günündə tələbələrə İnstitutun yaranma və inkişaf tarixindən bəhs edilib, həmçinin əməkdaşlar tərəfindən fundamental tədqiqatlar sahəsində aparılan işlər barədə məlumatlandırılıblar. Eləcə də, tələbələrə institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələr, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

Bir ay davam edəcək təcrübədə məqsəd tələbələrin ali təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamanda, istedadlı gənclərdə elmə maraq oyadaraq gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb etməkdir.

Qeyd edək ki, tələbələr təcrübə müddətində İnstitutun “Nizamsız Bərk Cisimlərin Radiasiya Fizikası”, “Polimerlərin və Elektroaktiv Kompozit Materialların Radiasiya Fizikası”, “Seqnetoelektriklərin Radiasiya Fizikası”, “Yarımkeçiricilərin Radiasiya Fizikası” və “Ətraf Mühitə Zərərli Faktorların Fizika və Kimyası” laboratoriyalarında istifadə olunan cihaz və avadanlıqların iş prinsipinlərini öyrənəcək, həyata keçirilən elmi tədqiqatlarla tanış olacaq və təcrübələrin gedişində yaxından iştirak edəcəklər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.