RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.04.2019]

“Elm günü”nə həsr olunmuş növbəti görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimləri ilə Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyəti arasında görüş keçirilib. 27 Mart – “Elm günü” ilə əlaqədar tədbirlər planı çərçivəsində keçirilən görüşdə RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov “Radiasiya tədqiqatlarının dünəni və bu günü” mövzusunda geniş məruzə ilə çıxış edib. O.Səmədov çıxışında ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, həmçinin rəhbərlik etdiyi İnstitutun tarixi, elmi-tədqiqat istiqamətləri, laboratoriyaların fəaliyyəti və əldə olunmuş nəticələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra İnstitutun “Enerjiqənaətedici Radiasiya Prosesləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev radiasiya metodlarının müxtəlif ətraf mühit problemlərinin həllinə tətbiqi və RPİ-də aparılan tədqiqiat işlərindən bəhs edib.

Görüşdə daha sonra İnstitutun “Radiobiologiya” laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov, “Yarımkeçiricilərin Radiasiya Fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, “Enerjitutumlu Radiasiya Prosesləri” laboratoriyasının rəhbəri, kimya elmləri namizədi, dosent Hökmən Mahmudov və İnstitun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Nüşabə Hacıyeva çıxış edərək laboratoriyalarda aparılan elmi-tədqiqat işləri və əldə olunan nailiyyətlər haqqında məruzə ilə çıxış ediblər.

Sonda alimlərimiz tərəfindən tələbə və müəllimlərin sualları cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.