RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.04.2019]

İnstitutda məktəblilər üçün seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) məktəblilər üçün seminar keçirilib. Seminarda Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbin VII və IX sinif şagirdləri və bir qrup müəllim heyəti iştirak edib.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva  Radiasiya Problemləri İnstitutunun yaranma tarixi, fəaliyyəti, mövcud laboratoriyalarda aparılan elmi tədqiqat işləri, radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, eləcə də əldə olunmuş nailiyyətlər və İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında seminar iştirakçılarına geniş məlumat verib.

Daha sonra İnstitutun “Radiobiologiya” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Cəmalə Orucova “Radiasiyanın bioloji obyektlərə təsirləri” mövzusu üzrə radiobiologiyanın yaranması və bir elm kimi formalaşması, canlı orqanizmlərin radiasiyaya qarşı həssaslığı, onların radiasiyanın zərərli təsirlərinə qarşı davamlılığı, həmçinin də radiasiya şəraitinə uyğunlaşması, radiasiyanın təhlükəli məqamları, zərərli təsirindən mühafizəsi, yaradacağı fəsadlar haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, çıxışlar məktəblilər tərəfindən maraqla qarşılanıb və çoxsaylı suallar cavablandırılıb.

Seminarın sonunda qonaqlar İnstitutun laboratoriyaları ilə tanış olublar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.