RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.04.2019]

İnstitutda beynəlxalq təşkilatın nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonaqları salamlayıb və onlara İnstitutun yaranma tarixi, hazırki elmi fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Sonra çıxış edən UETM-nin nümayəndələri – Alfreda Roska və Oksana Qruşovenko səmimi qəbula görə İnstitut rəhbərliyinə təşəkkür edib, həmçinin elmi qurumlar arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Daha sonra UETM-nin müvafiq qrant layihələrinin rəhbərləri, RPİ-nin əməkdaşları - fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibova sözügedən layihə çərçivəsində ötən bir il ərzində görülən elmi-tədqiqat işləri haqqında geniş təqdimatla çıxış ediblər.

Qeyd edək ki, görüşdə sözügedən qrant layihələrin Azərbaycan üzrə koordinatoru, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev və digər layihə üzvləri də iştirak ediblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.