RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.04.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov əvvəlcə iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib.

Sonra 2019-cu ildə AMEA RPİ üzrə elmi işçilərin attestasiyası məsələsinə baxılıb, sözügedən məsələ ilə bağlı İnstitutun Attestasiya Komissiyasının məlumatı dinlənilib. Çıxış edən İnstitutun “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanov laboratoriyalar üzrə elmi işçilərin attestasiyası ilə bağlı ümumi siyahının hazırlandığı və sənədlərin yığılması barədə məlumat verib.

İclasda daha sonra “Azərkosmos” ASC-nin 2019-2020-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsi üzrə müsabiqə elanı və müsabiqədə iştirak etmək üçün təkliflərin hazırlanması məslələri müzakirə edilib.

Sonra İnstitut üzrə 2019-cu il yay imtahan sessiyasının keçirilməsi haqqında məsələyə baxılıb. Çıxış edən O.Səmədov Elmi Şura üzvlərinə doktorluq imtahanlarının yay sessiyasının keçirilməsi ilə əlaqədar AMEA Prezidentinin 22 aprel tarixli müvafiq Sərəncamı haqqında məlumat verib. Müzakirələrdən sonra Şura üzvlərinin yekdil rəyi ilə sözügedən imtahanların keçirilməsi üçün imtahan komissiyaları yaradılıb.

Sonda RPİ-nin 50 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlər haqqında məsələyə baxılıb, həmçinin "Radiasiya tədqiqatları" jurnalının çapa hazırlanan yeni sayı və digər çapa təqdim olunmuş məqalələr müzakirə olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.