RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.05.2019]

Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun və Zavoyskiy adına Kazan Fiziki-Texniki İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru Andrey Stepanovun həmmüəllifi olduqları "Kiçik bioloji obyektlərin təhlili üçün ion-maska implantasiyası ilə hesablama şəbəkəsinin yaradılması üçün yeni yanaşma" adlı məqalə çapdan çıxıb.

Məqalə ”Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Vacuum” impakt faktorlu jurnalda dərc edilib.

Qeyd edək ki, professor Rövşən Xəlilovun son bir il ərzində həmmüəllifi olduğu məqalələr impakt faktoru yüksək olan nüfuzlu jurnallarda - “Artificial cells, nanomedicine, and biotechnology”, “International Journal of Biological Macromolecules”, “Drug development and industrial pharmacy”, “Experimental oncology“, “Micro & Nano Letters” və s. çap olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.