RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.05.2019]

İnstitutda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən, həmçinin elmin inkişafına verdiyi dəyər və dəstəkdən danışıb. O.Səmədov bildirib ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb və bu günkü uğurlarımızın əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Daha sonra məruzə ilə çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva ulu öndərin uzaqgörən siyasətindən, liderlik xüsusiyyətlərindən, onun gənclərə, elmə olan münasibəti və dəstəyindən danışıb. R.Mehdiyeva ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən Azərbaycan elminin inkişafı ilə əlaqədar həyata keçirdiyi tədbirlər və bu sahəyə olan diqqətini əks etdirən addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, görkəmli dövlət xadiminin Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsində göstərdiyi xidmətlər əvəzolunmazdır və həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyət bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib, eləcə də siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin qorunması, azərbaycançılıq ideologiyasının bərqərar olması istiqamətində misilsiz işlər görüb.

Tədbirdə iştirak edən institut əməkdaşlarından çıxış edənlər ümummilli lider Heydər Əliyevlə bağlı öz xatirələrini bölüşüblər, ulu öndərin yüksək insani keyfiyyətlərindən, xalqımıza olan böyük xidmətlərindən, Azərbaycanın inkişafı naminə apardığı siyasətdən geniş söz açıblar, idarəetmə bacarığına görə nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.