RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.05.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib.

İclasda əvvəlcə AMEA RPİ üzrə magistrantların 2019-cu il yay imtahan sessiyasının keçirilməsi haqqında məsələyə baxılıb.

Sonra Radiasiya Problemləri İnstitutunun 50 illik yubileyinin və bu yubileyə həsr edilmiş Konfransın keçirilməsi haqqında məsələ müzakirə olunub.

İclasda AMEA RPİ-nin doktoranturasına qəbul olunmuş doktorantların fərdi iş planı haqqında, həmçinin İnstitut üzrə 2018-ci ildə "Web of Science" və "Scopus" bazalarına aid jurnallarda çap olunmuş məqalələr haqqında məsələlərə də baxılıb, RPİ-nin "Radiasiya tədqiqatları" jurnalının çapa hazırlanan yeni sayı və digər çapa təqdim olunmuş məqalələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda kadr məsələlərinə baxılıb. İnstitutun “Polimerlərin və elektroaktiv kompozit materialların radiasiya fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Bayramov Məzahir Nurəddin oğluna dosent elmi adı verilməsi üçün gizli səsvermə keçirilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.