RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.05.2019]

İnstitutun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu mühüm nəticələr əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu yeni mühüm və uğurlu nəticələr əldə edib. Qrup nümayəndələri bir neçə arxeoloji qazıntıların aparıldığı bölgələrdə olub və müxtəlif dövrlərə aid nümunələr götürüb, İnstitutun xüsusi laboratoriyasında analizlər aparıblar.

Tədqiqatlar zamanı Ağdam rayonundan götürülmüş keramika nümunəsinin eramızdan əvvəl 4908-ci ilə, Ağstafa rayonu Həsənsu ərazisindən götürülmüş diş nümunəsinin eramızdan əvvəl 6432-ci ilə, həmçinin Qəbələ rayon Qalayeri ərazisindən götürülmüş diş nümunəsinin eramızdan əvvəl 3514-cü ilə aid olduğu sübut edilib.

Qeyd edək ki, İnstitutda arxeoloji tapıntıların tarixləndirilməsi İnstitutun aparıcı elmi işçisi, kimya elmləri namizədi Sahib Məmmədovun rəhbərliyi ilə 3 müxtəlif metodla (radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları) aparılır və tapıntıların yaşı təyin olunur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.