RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.05.2019]

İnstitutun əməkdaşı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) regional təlim kursunda iştirak edib.

AEBA-nın Rusiya Federasiyasının Obninsk şəhərində yerləşən Rosatom Texniki Akademiyasında təşkil olunan regional təlim kursunda AMEA-nı Radiasiya Problemləri İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov təmsil edib.

İstifadə edilən və saxlanılan radioaktiv materialların təhlükəsizliyini və fiziki mühafizəsini təmin etmək məqsədi ilə muasir tələblərin tədbiq edilməsinə həsr olunmuş sözügedən təlim kursunda ümumilikdə 13 ölkəni təmsil edən 25 nümayəndə iştirak edib.

Tədbirdə çıxış edən İ.Qabulov Azərbaycanda təhlükəsizliyin gücləndirilməsi sahəsində aparılan işlər barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Görüş zamanı iştirakçılar işçi qruplara bölünərək AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təklifləri müzakirə edib və sonda tövsiyyələr görüşün katibliyinə təqdim edilib.

Qeyd edək ki, təlim zamanı AEBA ekspertləri və radioaktiv materialların təhlükəsizliyi və fiziki mühafizəsi sahəsində aparıcı ölkələrin, o cümlədən, Fransa, Kanada, Rusiya Federasiyasının mütəxəssisləri bu sahədə aparılan işlər haqqında iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar. Təlim zamanı iştirakçılar müxtəlif tapşırıqlar yerinə etiriblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.