RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.05.2019]

İnstitutun əməkdaşı yeni arxeoloji nümunələrin tədqiqinə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi, "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun üzvü Aybəniz Əhədova yeni arxeoloji nümunələrin tədqiqinə başlayıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qarabağ neolit-eneolit ekspedisiyası"nın 2019-cu il çöl-tədqiqat planına əsasən, Bərdə rayonunun Əmirli kəndində yerləşən 3 saylı Əmirli yaşayış yerində tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun rəhbərliyi ilə arxeoloji qazıntı işlərində iştirak etən A.Əhədova qazıntı sahəsinin müxtəlif səviyyələrindən saxsı fraqmentləri, sümük və diş nümunələri götürmüş və nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçmüşdür.

Qeyd edək ki, götürülmüş nümunələr Radiasiaya Problemləri İnstitutunda yaradılmış xüsusi laboratoriyada ilkin mərhələdə işlənildikdən sonra Termolüminessensiya və Elektron Paramaqnit Rezonans metodlarının tətbiqilə müvafiq analizləri aparılaraq onların şərti yaşları təyin olunacaqdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.