RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.06.2019]

Magistratura təhsilinizi Radiasiya Problemləri İnstitutunda davam etdirin

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı”, “Ətraf mühit kimyası” və “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisasları üzrə magistratura təhsili həyata keçirilir.

Qeyd edək ki, İnstitutun Magistraturasına ilk qəbul 2017-ci ildə olmuşdur. Hazırda 2017-2018-ci tədris ili üzrə 2 magistr və 2018-2019-cu tədris ili üzrə 3 magistr təhsil alır. Magistrlərə tədris yüksək ixtisaslı müəllimlər, elmlər doktorları, professorlar tərəfindən aparılır. İnstitutun laboratoriyalarındakı müasir cihazlar magistrlərin istifadəsindədir və onlar magistr dissertasiyalarını bu cihazlarda apardıqları tədqiqatlar əsasında yerinə yetirirlər.

İnstitutun magistrləri təqaüd almaqla bərabər ixtisaslarına uyğun laboratoriyalarda 0,5 ştat vahidi ilə işlə təmin ediliblər ki, bu da onların laboratoriyaların elmi-tədqiqat planlarına uygun tədqiqat işləri ilə yaxından tanış olmağa, uyğun cihazlarda iş metodikalarına yiyələnməyə, eləcə də magistr dissertasiya işlərini sərbəst yerinə yetirməyə imkan yaradır. Bundan əlavə, magistrlər AMEA-nın ictimai həyatında yaxından iştirak edir, keçirilən konfrans, simpozium, mədəni-kütləvi tədbirlərdə təmsil olunurlar.

Bütün universitetlərin bakalavr məzunlarını AMEA-nın magistraturasını seçməyə, eləcə də təhsillərini müvafiq ixtisaslar üzrə məhz Radiasiya Problemləri İnstitutunda davam etdirməyə dəvət edirik!




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.