RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.06.2019]

İnstitutda Rusiya və Ukrayna alimləri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Rusiya və Ukrayna alimləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqları salamlayıb və onlara İnstitutun fəaliyyəti və əldə olunan elmi nəticələr, həmçinin qurumun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Sonra çıxış edən Rusiya Elmlər Akademiyasının Kazan Fiziki-texniki Universitetinin professoru Andrey Stepanov, Polşanın Lublin II Con Paul Katolik Universitetinin, Droqobıç Pedaqoji Universitetinin (Ukrayna) professoru, eləcə də “Joint Ukraine –Azerbaijan İnternational Research and Education Center of Nanobiotechnology and Functional Nanosystems” mərkəzinin rəhbəri Taras Kavetskiy və həmin mərkəzin elmi katibi Mariana Kravtsiv təmsil etdikləri qurumların əldə etdiyi elmi nailiyyətlər haqqında geniş məlumat verib, həmçinin müzakirələr zamanı Radiasiya Problemləri İnstitutu ilə elmi əməkdaşlıq etmək və gələcəkdə birgə layihələr işləmək istədiklərini bildiriblər.

Qeyd edək ki, sözügedən görüşdə RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, İnstitutun “Radioekologiya” laboratoriyasınım aparıcı elmi işçisi və “Joint Ukraine – Azerbaijan İnternational Research and Education Center of Nanobiotechnology and Functional Nanosystems” mərkəzinin həmrəhbəri, professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova da iştirak ediblər.

Görüşün sonunda qonaqlar İnstitutun laboratoriyalarında olan müasir avadanlıqlar və onların iş prinsipləri ilə yaxından tanış olub, eləcə də səmimi qonaqpərvərliyə görə İnstitut rəhbərliyinə təşəkkür ediblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.