RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2019]

İnstitutun əməkdaşları Beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) «Polimerlərin və Elektroaktiv Kompozit Materialların Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Məhərrəmov, «Radiobiologiya» laboratoriyasının rəhbəri, biologiya elmlər doktoru Elimxan Cəfərov və İnstitutun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Beynəlxalq konfransda iştirak ediblər.

Monteneqronun Herceq Novi şəhərində keçirilən və “Müxtəlif tədqiqat sahələrində radiasiya” adlı 7-ci Beynəlxalq konfransda M.Mehrabova “Cd1-xMnxTe(Se) yarımmaqnit yarımkeçiricilərində defektlərin zona quruluşunun təməl prinsiplərdən hesablanması və γ-şüalanmanın onlar əsasında epitaksial təbəqələrin optik xassələrinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Maraqla qarşılanan məruzənin sonunda müzakirələr edilib, həmçinin bir sıra tanınmış elmi mərkəzlərdən olan alimlərlə birgə elmi fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.