RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.09.2019]

Nekroloq

P.RzayevBu gün AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşlarına dərin kədər üzv vermişdir.

Görkəmli energetik alim, texnika elimləri doktoru, professor, əməkdar mühəndis, AMEA-nın Radiasiya Problemləri İnstitutunun "Bərpa olunan enerji növlərinin çevrilmələri" laboratoriyasının rəhbəri, Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının (ABŞ, Mayami) müxbir üzvü, ömrünün 82-ci ilində vəfat etmişdir.

Alternativ energetika sahəsində görkəmli mütəxəssis olan Rzayev Pərviz Fikri oğlu 15 sentyabr 1937-ci ildə Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. P.Rzayev Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-mexanika" fakültəsini bitirdikdən sonrakı həyatını AMEA ilə bağlayan alimlərimizdəndır. O, 1968-ci ildə "Abşeron rayonunun iqlim şəraitində helio istilikxanasının istilik rejiminin tədqiq edilməsi və təbii enerjidən istifadə etməklə qızdırılmasının texniki-iqtisadi əsaslandırılması" adlı namizədlik, 1984-cü ildə Türkmənistanın Aşqabad şəhərində "Helioenerji akkumuliyasiyaedici qurğular" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə professor elmi adı almışdır. Alim 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

Professor P. Rzayevin rəhbərliyi altında « Bərpa olunan enerji növlərinin çevrilməsi» laboratoriyasında aşağıdakı tədqiqatlar aparılmışdır.

1

• Mədən şəraitində xam neftin susuzlaşdırılması texnoloji prosesinin həyata keçirilməsi üçün yüksəkpotensiallı günəş enerji qurğusu və onun əsas elementləri işlənib hazırlanmışdır.
• Eksperimental qurğunun helioreaktorunun və istilikdəyişdiricisinin ümumi istilik-energetik hesabatı aparılmışdır.
• Natur sınaqlarda su-neft sistemi üzrə təcrübələr aparılmış və neftin tərkibindəki suyun miqdarı, sıxlığı və özlülüyünün Neft Emalı zavodlarının əmtəə neft qəbulu standartlarına uyğun olması müəyyənləşdirilmişdir.
• Təcrübələr zamanı günəş radiasiyasının dəyişən qiymətlərində istilikdaşıyıcının və xam neftin tədqiq olunan parametrləri təyin olunmuşdur.

2

• Yuksək temperaturlu günəş enerjisi sistemindən istifadə etməklə təbii şəraitdə biokütlənin qazlaşma prosesi ilə sintetik qaz (H2, CO, CH4) yanacağı alınmışdır.
• Prosesinn istilik-energetik hesabatları aparılmışdır. Göstərilmişdir ki, bu prosesdə günəş enerjisi qurğularının faydalı iş əmsalı F.İ.Ə.~ 0,40 –ə çatmış olur.
• Termodinamik və kinetik parametrlər təyin edilmiş, optimal rejim seçilmişdir. Günəş radiasiyasının E=750 Vt/m2, T=973 K temperaturda qurğunun məhsuldarlığı ~ 40% olmuşdur.

3

• Günəş enerjisi vasitəsilə xam neftin susuzlaşdırılması prosesinin texniki-iqtisadi hesabatı aparılmış, problemin iqtisadi və ekoloji cəhətdən əlverişli olduğu təyin edilmişdur.
• Günəş və külək elektrik cərəyan mənbələrindən ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə etməklə sudan təzyiq altında hidrogen və oksigen qazlarının alınması üçün qurğu işlənmiş və yaradılmışdır. Qurğunun işi tam olaraq avtomatlaşdırıldığından Günəş şüalarının enerjisinin sıxlığının və küləyin sürətinin ixtiyari formada dəyişməsindən asılı olmayaraq onun bütün gün ərzində optimal iş rejimi təmin olunmuş və partlayış təhlükəsi aradan qaldırılmışdır. Kiçik ölçülü və yüksək həssaslığa malik qaz təzyiqləri fərqini tənzimləyən təzyiq tənzimləyiciləri işlənmişdir ki, bunun da sayəsində alınan hidrogen və oksigen qazlarının təmizliklərini uyğun olaraq 0,99 və 0,98 %-ə çatdırmaq mümkün olmuşdur ki, bu da müstəsna əhəmiyyət kəsb edir.
• Həmçinin günəş fotoelektrik cərəyan mənbəyindən qidalanan katod müdafiə sistemi işlənmişdir.
• Günəş və külək enerjisinin müxtəlif növ çevrilməsinə, akkumulyasiyasına və istifadəsinə dair 20-dən yuxarı müəlliflik şəhadətnaməsi alınmışdır.

4

• Küləyin kinetik enerjisindən praktiki istifadə olunması üçün effektiv metodlar üzrə nəzəri tədqiqat aparılmışdır.
• Konkret məsələlərin həlli üçün iti gedişli və asta gedişli tipli külək mühərrikləri əsasında külək kompressor qurğusu işlənmişdir.
• Küləyin olub- olmamasından asılı olmayaraq stabil parametrlərə malik elektrik enerjisi alınmışdır. Külək kompressor elektrik stansiyasının yaradılmışdır.

Göstərilən eksperimental qurğu üçün «ULDUZ» EİB-dən akt, günəş enerjisi vasitəsilə xam neftin susuzlaşdırılması prosesi üzrə AZNEFT İB-nin mütəxəsisləri tərəfindən rəy alınmışdır. Alim 200-ə yaxın elmi əsərin, 40 müəlliflik şəhadətnaməsinin və patentlərin müəllifidir. Son dərəcə səmimi bir insan, geniş iş təcrübəsinə malik bir şəxs olan P.F. Rzayev rəhbərlik etdiyi laboratoriyanın və institutun əməkdaşlarının dərin hörmətini qazanmışdı. Ömrünün müdriklik çağında da elmi tədqiqat işlərini uğurla davam etdirirdi.

Professor P. Rzayevin əziz xatirəsi həmkarlarının, onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Pərviz müəllim, Allah Sizə rəhmət eləsin. Qəbriniz nurla dolsun!

Radiasiya Problemləri İnstitutunun
elmi işlər üzrə direktor müavini                                                                                              R.N.Mehdiyeva