RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.09.2019]

İnstitutunun dissertantı ABŞ-da keçirilən Beynəlxalq konfransda iştirak edib

Sadiq HəsənovAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun dissertantı Amerika Birləşmiş Ştatlarının Texas ştatının Dallas şəhərində keçirilən "Beynəlxalq Emissiya İnventarlaşdırma" adlı Beynəlxalq konfransda iştirak edib.

ABŞ-ın Ətraf Mühiti Mühafizə Agentliyi, həmçinin Müasir Elmi və Siyasi Araşdırmalar Təşkilatının birgə təşkil etdiyi və "Atmosfer havasının çirklənməsinə səbəb olan qaz və toz emissiyalarının inventarlaşdırılması" mövzusuna həsr olunmuş konfransda çıxış edən S.Həsənov "Azərbaycan avtomobil nəqliyyatı vasitələrinin atmosfer havasının çirklənməsində payı və çirklənmənin azaldılması tədbirləri" mövzusunda geniş məruzə edib.

Məruzəçi çıxışında Azərbaycanda avtomobil nəqliyyatının son 10 ildə inkişafı, emissiyaların tərkibi və həcmi, bu sahədə görülən işlər, yol nəqliyyatının inkişafı və emissiyaların azaldılması istiqamətində aparılan siyasət barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

S.Həsənov eyni zamanda, atmosfer havasının çirklənməsi ilə bağlı ölkədəki vəziyyət, istilik effekti yaradan qazların azaldılması üçün ölkənin üzərinə götürdüyü öhdəliklər barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdimatdan sonra məruzəçiyə ünvanlanan, əsasən nəqliyyat vasitələri tərəfindən emissiyaların qiymətləndirilməsi üçün istifadə olunan COPERT-4 proqramı, eləcə də Sumqayıt şəhərində emissiyaların yayılmasının xəritələrinin müəyyən olunması və metodologiyası barədə suallar cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.