RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.09.2019]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda əvvəlcə İnstitutun "Bərpa olunan enerji növlərinin çevrilmələri" laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, professor, əməkdar mühəndis Rzayev Pərviz Fikri oğlunun vəfat etməsi ilə bağlı onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov əvvəlcə iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib.

İclasda əvvəlcə İnstitutun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının əməkdaşı, kimya elmləri namizədi Əliyev Səlimxan Mehrəli oğlunun 70 illik yubileyi ilə əlaqədar olaraq mükafata təqdim edilməsi haqqında məsələyə baxılıb.

Sonra AMEA RPİ-nin 2019-2020-ci il tədris ili üçün qəbul olunmuş magistrlərinin mövzu və rəhbərlərinin təsdiqi, 2020-2025-ci illər üçün Respublika Milli İnkişaf Proqramı, Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq və AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) təqdim edilmiş Lektoriyalar haqqındakı məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra AMEA RPİ-nin “Seqnetoelektriklər radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlının İnstitutun doktorantı Ramin Məmmədova Famin Salmanovun II elmi rəhbər təyin olunması təklifi haqqında təqdimatın müzakirəsi aparılıb.

İclasın sonunda AMEA RPİ üzrə Elmin İnkişaf Fondunun qrantları hesabına əldə edilən cihazlar müzakirə olunub, həmçinin RPİ üzrə 2019-cu ilin mühüm nəticələri haqqında məsələyə baxıldıqdan sonra sözügedən mühüm nəticələrin annotasiya ilə birlikdə 3 dildə təqdim edilməsi iclas iştirakçıların diqqətinə çatdırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.