RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.09.2019]

İnstitutun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Teymur Ağayev

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru, professor Teymur Ağayev Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş “Nüvə fizikası və nüvə texnologiyalarının müasir problemləri” 9-cu Beynəlxalq Konfransında iştirak edib.

T.Ağayev Konfransda "Sudan hidrogenin alınması proseslərində nano-ZrO2+nano-Al2O3 sisteminin radiasiya-katalitik xassələri” adlı məruzə ilə çıxış edib və sözügedən məruzə Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, T.Ağayev Konfrans çərçivəsində bir sıra tanınmış elmi mərkəzlərdən olan alimlərlə birgə elmi fəaliyyət planları ətrafında geniş fikir mübadiləsi aparıb, həmçinin gələcək əməkdaşlıq əlaqələrini müzakirə edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.