RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.10.2019]

İnstitutda “Web of Science” elmi bazasının istifadə qaydalarına dair seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “Clarivate analytics” Agentliyi tərəfindən “Web of Science” elmi bazasının istifadə qaydalarına dair seminar keçirilib.

Seminarda məruzə ilə çıxış edən “Clarivate analytics” Agentliyinin təlim proqramları və elmimetriya üzrə mütəxəssisi İneş Kenjina sözügedən şəbəkəyə məqalələr yerləşdirmək, buraya daxil olan jurnallarda məqalələrin dərcinə dair tələblər və xarici nəşrlərlə tanış olmaq, həmçinin digər imkanlar barədə İnstititut əməkdaşlarına geniş məlumat verib.

Məruzə İnstititut əməkdaşları tərəfindən maraqla qarşılanıb.

Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.