RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.10.2019]

İnstitutda Makedoniyalı alimlərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Makedoniyalı alimlərlə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonaqları salamlayıb və İnstitutun tarixi, elmi tədqiqat istiqamətləri, əldə olunan nəticələr, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Sonra Makedoniyanın Mədəni İrsin qorunması üzrə Milli İnstitutunun (National Institute for Protection of Cultural Heritage) nümayəndələri - Sanja Velkovska və Lule Prusi çıxış edərək səmimi qarşılanmaya və İnstitutda aparılan tədqiqatlara görə RPİ rəhbərliyinə təşəkkür ediblər.

Qonaqlar daha sonra İnstitutun laboratoriyaları ilə tanış olub, eyni zamanda onlara İnstitutda fəaliyyət göstərən "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupu tərəfindən laboratoriyada yaştəyini istiqaməti üzrə aparılan işlər və cihazlar haqqında geniş məlumat verilib.

Görüşün sonunda Makedoniyalı alimlərlə birlikdə bir sıra əməkdaşlıq əlaqələri üzrə müzakirələr aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.