RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.10.2019]

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclaslarına başlanıb.

Müvafiq qrafik üzrə keçirilməsi nəzərdə tutulan iclasların birincisi bu gün baş tutub.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını Gündəlikdəki cari məsələlərlə tanış edib.

Sonra çıxış edən “Ətraf mühitə zərərli faktorların fizika və kimyası” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov sözügedən laboratoriyanın hesabat ilindəki məşğul olduğu problem, mövzu və iş planı göstəricilərini təqdim edib.

Bildirib ki, laboratoriya 2019-cu ildə iş planı üzrə müvafiq su hövzələrindən nümunələr götürülüb, aparılan tədqiqatların yekununda isə 6 nəticə əldə edilib. Cari ildə laboratoriya əməkdaşları tərəfindən 5 məqalə və 2 tezis çap etdirilib, həmçinin 1 məqalə və 6 tezis isə çapa təqdim olunub.

F.Hümbətov çıxışının sonunda laboratoriya əməkdaşlarının elmi fəaliyyətlərinə dair Google Scolar platformasında əksini tapmış məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən “Polimerlərin radiasiya kimyası və texnologiyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Şiraz Məmmədov cari ildə laboratoriyanın fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, hesabat ilində sözügedən laboratoriya əməkdaşları ümumikdə 5 nəticə alıb, həmçinin 5 tezis və 1-i xaricdə olmaqla 4 məqalə çap etdirib. 2019-cu ildə laboratoriya tərəfindən 3 patent üçün iddia sənədi təqdim edilib, 1 kitab və 1 biblioqrafiya nəşr olunub, eləcə də əməkdaşlar müxtəlif diplom və mükafatlara layiq görülüblər.

Daha sonra çıxış edən “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Məhərrəmov rəhbərlik etdiyi laboratoriyanın cari ildə apardığı tədqiqat işləri və texnoloji proseslər haqqında məlumat verib, eləcə də əməkdaşlar tərəfindən hesabat ilində 3 nəticənin əldə edildiyini və 14 məqalə və 14 tezisin çap olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın sonunda çıxış edən “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlı rəhbərlik etdiyi laboratoriyanın hesabat ilində tədqiqat mövzusu haqqında geniş məlumat verib. R.Sərdarlı kadr hazırlığı, beynəlxalq əlaqələr və qrant layihələrdə iştirak haqqında statistik rəqəbləri diqqətə çatdırıb, həmçinin bildirib ki, rəhbərlik etdiyi laboratoriya cari ildə 2 nəticə əldə edib, 1 kitab, 3-ü xaricdə olmaqla 9 məqalə və 5 tezis çap etdirib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.