RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.10.2019]

İnstitutda BMT-nin eksperti ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda BMT-nin Almaniyalı eksperti ilə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonağı salamlayıb və İnstitutun tarixi, fəaliyyət istiqamətləri və əldə edilmiş nailiyyətlər, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ətraf Mühiti Mühafizə Fondunun eksperti Stefan Şvietske çıxış edərək BMT-nin Ətraf Mühit Proqramının atmosferə metan emissiyalarının təyininə həsr olunmuş layihəsi haqqında görüş iştirakçılarına məlumat verib.

Neft istehsal edən ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycandan əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada, Norveç, Ruminya və digər ölkələrdə apardığı tədqiqatlardan danışan S. Şvietske sözügedən tədqiqatların məqsəd və vəzifələri, gözlənilən nəticələr, eləcə də tətbiq olunacaq metodların təfsilatından bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirdiyi görüşlərin nəticələri haqqında məlumat verən qonaq İnstitut alimlərini əməkdaşlığa dəvət edib.

Sonda S. Şvietske tərəfindən görüş iştirakçılarının sualları cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.