RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.11.2019]

"Horizon 2020" proqramı üzrə maarifləndirici seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc alimləri AMEA-nın Neft və Qaz İnstitutunda keçirilən seminarda iştirak ediblər.

Avropa Komissiyasının "Horizon 2020" proqramı üzrə keçirilən və 3 gün davam edəcək növbəti maarifləndirici seminarın birinci günündə RPİ-nin kiçik elmi işçiləri Aybəniz Əhədova və Rəna Xankişiyeva hazırladıqları layihə ilə çıxış ediblər.

Qeyd edək ki, sözügedən seminarda Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, Azərbaycanın digər elm və təhsil ocaqlarının, həmçinin dövlət qurumlarının nümayəndələri, eləcə də Avstriya və Almaniyadan olan alimlər iştirak ediblər.

Seminarda Avstriya Sosial İnnovasiya Mərkəzinin layihə meneceri və tədqiqatçısı Martin Feliks Gajdusek və Almaniya Aerokosmika Mərkəzinin elmi işçisi Matthias Vurch çıxış edərək "Horizon 2020" barədə məlumat veriblər. Vurğulanıb ki, büdcəsi 80 milyard avro olan layihənin məqsədi innovasiya və elmi tədqiqatların sənayedə tətbiqi, cəmiyyətdə sağlam həyat və qida təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji və digər təbii ehtiyatların səmərəli istifadəsi istiqamətində araşdırmalar aparmaqdır.

Daha sonra M.F.Gajdusek və M.Vurch "Horizon 2020" icmalı: proqramın əsas elementlərinə qısa baxış və növbəti Avropa Horizonu", "Spesifik maliyyə xətlərinə diqqət yetirmək: spesifik aspektlərin müzakirəsi və xüsusi maraq kəsb edən maliyyə şərtləri", "Çağırışı necə başa düşməli və onun məzmununu necə deşifrə etməli? - interaktiv qrup işi" mövzularında təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.