RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.11.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə AMEA RPİ-nin kiçik elmi işçi və elmi işçi vəzifələrini icra edən əməkdaşların kiçik elmi işçi və elmi işçi vəzifələrinə keçirilməsi üçün müsabiqə elan edilməsi haqqında məsələyə baxılıb.

Sonra AMEA-nın Radiasiya Problemləri İnstitutunun 2019-cu il magistrantı Aytən Gərayevanın magistr dissertasiyası mövzusunun və elmi rəhbərinin dəyişdirilməsi, İnstitutun dissertantı Aqşin Abışovun “Elektrotexniki sistemlər və komplekslər” ixtisasında “Silisium (Si) əsaslı fotoçevirici modulların effektivliyinin artırılması yollarının işlənməsi” adlı dissertasiya mövzusunun və ixtisasının dəyişdirilməsi, həmçinin RPİ-nin “Radiobiologiya” laboratoriyasının kiçik elmi işçisi Nərmin Quliyevanın dissertasiya işinə ikinci elmi rəhbər təyin olunması məsələləri müzakirə olunub.

İclasın sonunda İnstitut üzrə 2019-cu il üçün təqdim edilmiş mühüm nəticələr ətrafında geniş fikir mübadiləsi aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.