RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.11.2019]

İnstitutun əməkdaşı AEBA tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib.

Rusiya Federasiyasının Obninsk şəhərində yerləşən Rosatom Texniki Akademiyasında keçirilən “Radioaktiv materialların fiziki mühafizəsinin planlaşdırılmasına dair əsas fikirlər” adlı regional təlim kursunda 10 ölkəni təmsil edən 22 nümayəndə iştirak edib.

İstifadə edilən və saxlanılan radioaktiv materialların təhlükəsizliyini və fiziki mühafizəsini təmin etmək məqsədi ilə müasir tələblərin tədbiq edilməsinə həsr olunmuş tədbirdə AEBA ekspertləri və radioaktiv materialların təhlükəsizliyi və fiziki mühafizəsi sahəsində aparıcı ölkələrin, o cümlədən, ABŞ, Kanada, Pakistan, Rusiya və başqa ölkələrin mütəxəssisləri bu sahədə aparılan işlər barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Sözügedən tədbirdə çıxış edən İ.Qabulov Azərbaycanda fiziki mühafizəsinin gücləndirilməsi sahəsində aparılan işlər barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Təlim zamanı iştirakçılar müxtəlif tapşırıqlar yerinə yetiriblər.

Görüşdə iştirakçılar işçi qruplara bölünərək AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təklifləri müzakirə edib və sonda tövsiyyələr görüşün katibliyinə təqdim edilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.