RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.11.2019]

İnstitutda növbəti elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) növbəti elmi seminar keçirilib.

Seminarda İnstitutun “Polimer və elektroaktiv materialların radiasiya fizikasi” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəsfə doktoru Məzahir Bayramov “Polimer-maqnetit əsaslı kompozitlər və onların tətbiqi perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. M. Bayramov laboratoriyada polimer-kompozit materialların maqnit sahəsinin və radiasiyanın təsiri ilə modifikasiya mövzusunda işlərin görülməsi, polimer-kompozit materiallarının maqnit xassəli nano ölçülü və maqnit xassəli doldurucu ilə hazırlanması və onların elektro-fiziki xassələrin öyrənilməsi haqqında məlumat verib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında çıxışlar olub və geniş fikir mübadiləsi aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.