RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.11.2019]

İnstitutun gənc əməkdaşı Polşada doktorantura təhsili alacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Şəhriyar Cəfərzadə Polşada doktorantura təhsili alacaq.

Belə ki, Ş.Cəfərzadə onlayn imtahan verərək Polşanın Kielce şəhərində yerləşən Kielce Universitetində Dr. Fransisko Giakosanın rəhbərliyi altında “Yüksək enerjilər fizikası” (Hadron Fizikası – Kvant Xromodinamikası) ixtisası üzrə doktorantura təhsili almaq hüququ əldə edib.

Qeyd edək ki, Ş.Cəfərzadə buna qədər Türkiyə Respublikasında TÜBİTAK-ın layihəsində və İtaliyada keçirilən “Kalibr Sahə Nəzəriyyələrində olan Differensiyal İnvariantlar” adlı beynəlxalq proqramda iştirak edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.