RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.12.2019]

İnstitut ağacəkmə aksiyasına qoşulub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu (RPİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasına qoşulub.

Belə ki, sözügedən aksiya çərçivəsində İnstitutun əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən RPİ-nin “İzotop mənşəli şüa mənbələri elmi-təcrübi şöbəsi”nin inzibati binasının ətrafında çoxlu sayda müxtəlif növ həmişəyaşıl ağac tingləri əkilib




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.