RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.01.2020]

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2019/2020-ci tədris ili qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” və “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisaslarından imtahanlara başlanılıb.

Qeyd edək ki, magistrantlar sessiya ərzində sözügedən ixtisaslar üzrə ümumilikdə 15 fəndən imtahan verəcəklər. Sessiyanın ilk imtahanı yanvarın 7-də “Fizikanın tarixi və metodologiyası” fənnindən keçirilib. Növbəti imtahanların isə bu ayın 30-a kimi keçirilməsi nəzərdə tutulub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.