RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.01.2020]

Dünyada ən dayanıqlı batareya hazırlanıb

13.01.2020-2Con Hopkins Universitetinin Tətbiqi fizika laboratoriyasının alimləri dünyada ən dayanıqlı batareya hazırlayıblar. Yenilik yanğına, istənilən kimyəvi birləşmələrə, suya və hətta gülləyə dayanıqlıdır.

hightech.fm saytı xəbər verir ki, laboratoriya fiziklərinin rəhbərliyi altında çalışan tədqiqatçılar komandası 5 il ərzində istənilən növ deformasiyalara qarşı dayanıqlı olan litium-ion batareyası üzərində işləyiblər. Alimlər sözügedən batareya üzərində müxtəlif əməliyyatları (kəsmək, əymək, güllə ilə vurmaq və müxtəlif kimyəvi maddələrin təsirinə məruz qoymaq) sınaqdan keçiriblər.

Tədqiqatçılar bildirirlər ki, bu batareya həm də oda davamlıdır.

http://www.science.gov.az/news/open/11928