RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.01.2020]

Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib

21.01.2020-2

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub.

Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu İnternet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənədlər fevralın 20-dək qəbul ediləcək.

Müraciət edən namizədlər üçün yaş həddi bakalavriat səviyyəsi üzrə 21, magistratura səviyyəsi üzrə 30, doktorantura səviyyəsi üzrə isə 35-dən aşağı olmalıdır.

© http://www.science.gov.az/news/open/11992