RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.02.2020]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib.

İclasda əvvəlcə İnstitut üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanlarının keçirilməsi və ixtisasdan imtahan komissiyaların yaradılması, dissertantların və elmlər doktoru hazırlığı üzrə doktorantların təsdiq edilməsi, həmçinin magistrlərinin attestasiyası məsələsinə toxunulub.

Sonra İnstitutun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Məlikova Sevinc Zellabdin qızına dosent elmi adı verilməsi üçün vəsadət qaldırılması haqqında təqdimatın müzakirəsi aparılıb.

İclasda daha sonra Azərbaycan Respublikasının elmi kadr potensialı müəyyənlədirmək üçün yaradılan “Elmi kadrlar” Milli İnformasiya Sistemi haqqında məsələyə baxılıb. Qeyd olunub ki, hazırda “Elmi kadrlar” İnformasiya Sisteminin veb-saytı (http://elmikadr.science.az) science.az domenində yerləşdirilmişdir.

Sonda iclas iştirakçıları tərəfindən “AMEA 2020-2025-ci illər üzrə inkişaf proqramı”ndan irəli gələn prioritet istiqamətlər haqqında məsələ, eləcə də çapa təqdim olunmuş məqalələr müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.