RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.02.2020]

Alimlərimizin rəhbərlik etdiyi şagirdlər qalib olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimlərinin rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində qalib olublar.

Respublika miqyasında keçirilən müsabiqədə RPİ-nin əməkdaşları - fizika-riyaziyyat elmlər doktoru, professor Rövşən Xəlilov və biologiya elmlər namizədi, dosent Aygün Nəsibovanın rəhbərliyi ilə Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri olan İsgəndər Yusifzadə və Nigar Əlizadə “Dəmir oksidi nanohissəciklərinin xərçəng əleyhinə terapiyada tətbiqi: hipertermiya və immunoterapiya” adlı layihəsinə görə “Tibb və sağlamlıq” nominasiyası üzrə ikinci yerə layiq görülüb.

Sözügedən müsabiqədə həmçinin, “Biologiya” nominasiyası üzrə Şəmkir-Bakı Oxford məktəbinin 10-cu sinif şagirdləri olan Rəşad Nağdiyev və Şamil Əliyev isə professor Rövşən Xəlilovun rəhbərliyi altında hazırlanmış “Juniperus communis- in biologiyası və gələcəkdə biotibb sahəsində istifadəsi” layihəsinə görə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, təqdim olunan elmi tədqiqat işləri yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilir və yetişməkdə olan gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyət kəsb edəcək.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.