RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.03.2020]

Alimlər atmosferin təmizliyini kosmosdan izləyə biləcəklər

11.03.2020

NASA, Cənubi Koreya və Avropa Kosmik Agentliyi real zaman rejimində Yer kürəsində havanın təmizliyini izləməyin mümkün olacağı peyk sisteminin hazırlanması üzərində işləyir.

Atmosfer çirklənmələrinin izlənilməsi üçün ilk cihaz Cənubi Koreyanın okeanın səthinin monitorinqi üçün nəzərdə tutulan peykinin tərkibində buraxılmış ətraf mühitin monitorinqi üçün geostasionar spektrometri (GEMS) olub.

2022-ci ildə NASA kosmosa əlaqə peykinin tərkibində cihaz göndərməyi planlaşdırır. 2023-cü ildə isə Avropa Kosmik Agentliyi havanın keyfiyyətini izləyən iki cihaz göndərərək peyklər qruplaşmasına qoşulacaq.

popmech.ru saytının məlumatına görə, toplanılan məlumatlar atmosferə azot dioksidi, formaldehid və aerozollar atan çirklənmə mənbələri ilə mübarizə aparmağa kömək edəcək. Məlumatlar hər saat yenilənəcək, bu isə epizodik çirklənmələri (məsələn, zərərli maddə tullantılarının ən çox yayıldığı vaxtı) aşkar etməyə imkan verəcək.

Peyklərin tərkibində kosmosa göndərilən cihazlar vasitəsilə çirklənmələrin meydana gəldiyi yer müəyyənləşəcək və onların hərəkət yolu izlənəcək.

http://www.science.gov.az/news/open/12430