RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.03.2020]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

R.XalilovAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) aparıcı elmi işçisi, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda nəşr olunub.

Tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnalları arasında ikinci yerdə qərarlaşan və impakt faktoru 59.102 olan “The Lancet” jurnalında yayımlanan “Xroniki böyrək xəstəliyinin qlobal, regional və milli yükü, 1990–2017: Qlobal xəstəlik yükünün tədqiqinin 2017-ci il üçün sistemli analizi.” (“Global, regional, and national burden of chronic kidney disease, 1990–2017: a systematic analysis for the Global Burden of Disease Study 2017”) adlı məqalə sözügedən jurnalın redaksiya heyəti və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, məqalə xroniki böyrək xəstəliyinin stres amil kimi qlobal sağlamlığa, ölüm hallarına və ürək-damar xəstəliklərinə təsirinin araşdırılmasına həsr edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.