RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.03.2020]

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

17.03.2020-2

VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib.

İclası komitənin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev açaraq 7 məsələnin tədbirin gündəliyinə salındığını bildirib.

B.Əliyev əvvəlcə gündəlikdəki 4 qanun layihəsini şərh edib. Birinci oxunuşda müzakirəyə təqdim olunmuş "Sərhəd mühafizə orqanları haqqında”, "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi, "Elm haqqında” qanunda dəyişiklik edilməsi, "Təhsil haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi, "Elm haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin əsasən uyğunlaşdırma xarakteri daşıdığı qeyd olunub.

Müzakirə edilən qanun layihələri konseptual baxımdan məqbul sayılıb və hamısı parlamentin plenar iclasına tövsiyə edilib.

Bundan əlavə, V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyasında fəaliyyəti haqqında hesabat dinlənilib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 13 məsələyə baxılıb.

İclasda hesabat qənaətbəxş sayılıb. Həmçinin komitənin 2020-ci ilin yaz sessiyasına dair iş planı yekdilliklə təsdiqlənib.

© http://www.science.gov.az/news/open/12489