RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.05.2020]

Milli birlik və vətəndaş həmrəyliyi

Famin SalmanovSon illər ölkəmizdə bütün sahələr üzrə aparılan uğurlu islahatlar öz bəhrəsini verməkdədir.

2020-ci ilin islahatlar ili elan edilməsi, eləcə də bununla bağlı atılan ardıcıl və qətiyyətli addımlar, həmçinin gənc kadrların mühüm dövlət işlərinə cəlb edilməsi dövrün tələbləri ilə uzlaşan müasir idarəetmə siyasətinin bərqərar olması, xüsusən gənclərə göstərilən etimad baxımından göz oxşayır. Aparılan iqtisadi və siyasi dəyişikliklər, daxili və xarici siyasətdə əldə olunan uğurlar vətəndaşlarımızı nə qədər sevindirsə də, düşmənlərimizi ziyadəsi ilə təşvişə salır.

Bütün sadalanan fəaliyyətin memarı kimi ölkə Prezidentinin gələcək inkişafla bağlı yürütdüyü məqsədyönlü siyasət ölkəmizin qarşılaşa biləcək maneələrdən üzüağ çıxması baxımından güvən formalaşdırır. Son aylar bəşəri bəlaya çevrilmiş, həmçinin çoxsaylı insan tələfatına və iqtisadi deqradasiyaya səbəb olmuş, xüsusən gərgin psixoloji böhran formalaşdırmış pandemiya şəraitində hökumət səviyyəsində qəbul edilmiş mühüm qərarlar, əvvəlcədən yaradılan infrastrukturlardan təyinatı üzrə istifadə, eləcə də yeni istehsal və tibbi müəssisələrin inşası həyata keçirilən siyasətin zaman baxımından doğruluğunu və vacibliyini bir daha göz önünə gətirir. İndiki şəraitdə dünyada yaranan xaos və nizamsız idarəetmədən fərqli olaraq cənab Prezidentin xüsusi göstərişi ilə qısa müddətdə respublika ərazisində müvafiq tibbi məmulatların istehsalına başlanılması, respublikamızda maska və tibbi spirt qıtlığına rast gəlinməməsi dövlət başçısının qətiyyətindən və bənzərsiz idarəçilik qabiliyyətindən xəbər verir.

Bu çətin günlərdə xalqı ilə həmrəy olmaq, o cümlədən işsizlər üçün müəyyənləşdirilmiş müavinətlərin verilməsində operativliyi təmin etmək, aztəminatlı ailələrin övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsi kimi mühüm qərarlar qəbul etmək, sahibkarlara bu çətin dönəmlərdə dəstək olmaq və s. məsələlər Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə qarşılanaraq humanist rəhbərə qarşı olan sevginin diapazonunu sərhədsiz genişləndirmişdir. Bundan başqa, ən mürəkkəb vəziyyətlərdə, eləcə də həssas dönəmlərdə vətəndaşlarımızın birmənalı şəkildə ölkə rəhbərliyinin çağırışlarına adekvat cavab verməsi, o cümlədən sağlam cəmiyyət uğrunda aparılan mübarizədə önərilən tələblərə qarşı loyallıq göstərməsi dövlət başçısına olan hədsiz inam və etimadın nəticəsidir.

Belə çətin və məsuliyyətli vaxtda xalqı üçün göstərdiyi böyük xidmətlərə görə Azərbaycanın gənc alimləri cənab Prezidentə dərin minnətdarlıqlarını bildirirlər. Biz gənclər gələcəklə bağlı ən böyük hədəflərimizin gerçəkləşməsinin yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır, bunun üçün bütün bacarığımızı daim səfərbər edirik.

Famin SALMANOV,

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent

© http://www.azerbaijan-news.az/