RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.05.2020]

Antarktika temperaturun yüksəlməsi səbəbindən yaşıllaşmağa başlayıb

21.05.2020

Alimlər Antarktika yarımadasında yeni ekosistem yarandığını elan ediblər. Belə ki, əriyən qarın səthində orqanizmlərin digər növləri üçün potensial qida mənbəyi olan yosunlar əmələ gəlib.

popmech.ru saytı xəbər verir ki, tədqiqat aparan Britaniya komandası hesab edir ki, bu “güllər” gələcəkdə öz çeşidlərini genişləndirəcək. Bunun səbəbi qlobal istiləşmənin onların inkişafı üçün lazım olan şəraiti yaratmasıdır. Həyatın birhüceyrəli formaları bəzi bölgələrdə bir-biri ilə olduqca sıx “yerləşiblər”. Onlar ağ qarı hətta kosmosdan görülə bilən açıq-yaşıla çeviriblər.

“Bu potensial olaraq yeni yaşayış yerlərinin yaranmasına və ekosistemin başlanğıcına gətirib çıxara bilər”, – tədqiqata rəhbərlik edən alimlərdən olan Mett Deyvi deyib.

Qeyd edək ki, tədqiqatda 1,9 kvadrat kilometr sahəni əhatə edən qar yosunlarının 1 679 fərqli növü təsvir edilib.

http://www.science.gov.az/news/open/13145