RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.05.2020]

Radiasiya Problemləri İnstitutunun magistrantları ilə onlayn görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun magistrantlarının magistr işlərinin onlayn formatda ilkin müzakirəsi keçirilib.

Görüşdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov, elmi-işlər üzrə direktor müavini, fizika - riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva, Təhsil şöbəsinin müdiri, fizika - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayilova, eləcə də qurumun laboratoriya rəhbərləri, magistrantları və elmi rəhbərlər iştirak ediblər.

Görüşdə əvvəlcə çıxış edən RPİ-nin direktoru Oqtay Səmədov iştirakçıları salamlayıb və institut əməkdaşlarına fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra İnstitutunun magistrantları - Aynur Hüseynova, Əfsanə Ağayeva və Arzu Babayeva magistr işləri haqqında slayd təqdimatla çıxış ediblər.

Çıxışlar maraqla qarşılanıb və görüş iştirakçıların sualları cavablandırılıb.

Onlayn görüşün sonunda çıxış edən O. Səmədov magistrantlara elmi fəaliyyətləri ilə bağlı tövsiyələr verib, həmçinin təhsillərinin davamını doktorantura pilləsi üzrə davam etdirməyə çağırıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.