RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.06.2020]

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapılıb

02.06.2020

Kaliforniya Universitetinin professoru Elison Muotrinin rəhbərliyi altında yerinə yetirilən yeni tədqiqatda neyrofizioloqlar və molekulyar bioloqlar aydınlaşdırıblar ki, Hepatit C virusunun müalicəsi üçün istifadə olunan “Sofosbuvir” adlı preparat beyin hüceyrələrini koronavirusdan qoruyur.

poisknews.ru saytı xəbər verir ki, tədqiqatçılar kök hüceyrələlərindən kiçik beyin nümunələri yetişdiriblər. “Sofosbuvir”in tətbiqindən sonra virusa yoluxmuş hüceyrələrin sayı azalıb. Həmçinin sinir sonluqlarının işində SARS-cov-2-nin səbəb olduğu pozuntular aradan qaldırılıb.

Alimlərin fərziyyələrinə görə, preparat COVID19-a yoluxmuş insanlarda ensefalopatiya (beyinin qeyri-iltihabi xəstəlikləri), epilepsiya tutmaları və hallüsinasiyanı aradan qaldırmaq imkanına malikdir. O, həmçinin xəstələri iy və dadbilmə hissinin itməsindən qoruya bilər.

http://www.science.gov.az/news/open/13228